Yuxarı

SOCAR bu il qazma işlərini 19% artırıb

İki ayda 17 min metrə yaxın qazma işi görülüb

Bakı. 2 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 16 853 metr qazma işi görülüb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu ilin iki ayında aparılan qazma işlərinin həcmi ötən ilin müvafiq dövründən 19% çox olub.

SOCAR üzrə həyata keçirilmiş qazma işlərinin hamısı istismara aid olub.

İki ay ərzində aparılan qazma işlərinin 7 044 metri fevral ayında həyata keçirilib ki, bu da ötən ilin fevralından 0,77% çoxdur.

Bundan əlavə, fevral ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 5 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi