SOCAR qazma işlərini 14% artırıb

SOCAR qazma işlərini 14% artırıb Ötən ay 11 146 metr qazma işi həyata keçirilib
Energetika
3 Fevral , 2017 11:34
SOCAR qazma işlərini 14% artırıb

Bakı. 3 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 11 146 metr qazma işi həyata keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, ötən ay aparılan qazma işləri 2016-cı ilin yanvar ayından 13,6% çox olub.

Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Cari ilin yanvar ayı ərzində qazmadan alınmış 6 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. Qeyd edək ki, ötən ilin yanvar ayında 1 quyu təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi