SOCAR qaz hasilatını 5% artırıb

SOCAR qaz hasilatını 5% artırıb Şirkət bu ilin yanvar-iyul aylarında 4,4 mlrd. kubmetr qaz hasil edib
Energetika
22 Avqust , 2014 10:38
SOCAR qaz hasilatını 5% artırıb

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin yanvar-iyul aylarında 4,396 mlrd. kubmetr qaz hasil edib. 

"Report" xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə təbii qaz hasilatı 5,2% artıb. 

Cari ilin iyul ayında isə şirkət 575,1 mln. kubmetr qaz hasil edib ki, ümumilikdə 2014-cü ildə 7 mlrd. kubmetr qaz hasilatı proqnozlaşdırılır.

Qeyd edək ki, 2013-cü ildə Azrəbaycanda qaz hasilatının ümumi həcmi 29,45 mlrd. kubmetr təşkil edib və bunun 7,14 mlrd. kubmetri SOCAR-ın payına düşüb. 

Son xəbərlər

Orphus sistemi