SOCAR qaz hasilatını 4% artırıb
Energetika
- 23 sentyabr, 2014
- 05:52
Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin yanvar-avqust aylarında 4,964 mlrd. kubmetr qaz hasil edib. Şirkətdən "Report"a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatı 4,3% artıb.
Qeyd edək ki, cari ilin 8 ayı ərzində Azərbaycan üzrə ümumi qaz hasilatı 20,453 mlrd. kubmetr təşkil edib, bu da 2013-cü ilin yanvar-avqust aylarındakı göstəricidən 0,9% azdır. Cari ilin avqust ayında şirkət tərəfindən 567,5 mln. kubmetr qaz hasil olunub, ümumilikdə Azərbaycan üzrə qaz hasilatı 2,471 mlrd. kubmetr təşkil edib.
Xatırladaq ki, 2013-cü ildə SOCAR 7,139 mlrd. kubmetr qaz hasil edib. Ümumilikdə, 2013-cü ildə Azərbaycan üzrə qaz hasilatı 29,45 mlrd. kubmetr təşkil edib.
Son xəbərlər
16:33
"Sabah" basketbol klubu Mindauqas Suşinskasla müqavilə imzalayıb
Komanda16:25
ASCO-nun quru yük gəmiləri ilə daşımalar 39 %-ə yaxın artıb
İnfrastruktur16:23
Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb
Mədəniyyət siyasəti16:22
Saxta "WhatsApp" mesajlarından necə qorunmaq olar? - EKSPERT RƏYLƏRİ
İKT16:16
Seuta meri: Şəhərdə 10 minə qədər miqrant qalır
Digər ölkələr16:10
"Kəpəz" Rəşad Əzizlinin keçidini rəsmiləşdirib
Futbol16:09
ADB AZAL-a ESG hesabatlıqları üzrə inkişaf istiqamətlərini müəyyən etməyə dəstək olub
İnfrastruktur16:08
Foto
Azərbaycan Ağırlıqqaldırma Federasiyasında antidopinq maarifləndirmə seminarı təşkil olunub
Fərdi16:05