SOCAR qaz hasilatını 1,3 % artırıb, neft hasilatını 1,4 % azaldıb

Energetika
  • 24 oktyabr, 2022
  • 06:05
SOCAR qaz hasilatını 1,3 % artırıb, neft hasilatını 1,4 % azaldıb

Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft, 2 milyard kubmetrdən artıq qaz hasil edilib.

“Report”un məlumatına görə, bu barədə SOCAR-ın 2022-ci ilin 3-cü rübündə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumatında deyilir.

Bildirilir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə SOCAR-ın neft hasilatı 1,4 % azalıb, qaz hasilatı isə 1,3 % artıb.

Şirkətin istismar etdiyi neft yataqlarında hasilat səviyyəsinin nisbətən stabil saxlanılması istiqamətində kompleks tədbirlər planı davamlı şəkildə icra olunub.

Bu ilin üçüncü rübündə ölkə üzrə 8 milyon tondan artıq neft, 11 milyard kubmetrə yaxın qaz hasil edilib. 2021-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə neft hasilatı 7,7 %, qaz hasilatı isə 3,17 % azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti