SOCAR prezidenti Qəbələnin Bum kəndinə təbii qazın verilməsi mərasimində iştirak edib

SOCAR prezidenti Qəbələnin Bum kəndinə təbii qazın verilməsi mərasimində iştirak edib 1 264 abonent qazla təmin olunub
Energetika
5 Mart , 2016 12:58
SOCAR prezidenti Qəbələnin Bum kəndinə təbii qazın verilməsi mərasimində iştirak edib

Bakı. 5 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Qəbələ rayonunun Bum kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilmiş mərasimdə iştirak edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, mərasimdə Milli Məclisin üzvü Fəttah Heydərov, SOCAR rəhbərliyinin təmsilçiləri, Qəbələ Rayon İcra Hakimiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə bildirilib ki, 1 264 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 1875 metr uzunluğunda müxtəlif diametrli polietilen və 80 609 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1 264 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən SOCAR prezidenti bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.


Son xəbərlər

Orphus sistemi