SOCAR prezidenti Qars bələdiyyəsinin başqanı ilə görüşüb

SOCAR prezidenti Qars bələdiyyəsinin başqanı ilə görüşüb Tərəflər qarşılıqlı maraq kəsb edən bir sıra məsələləri müzakirə ediblər
Energetika
17 Mart , 2015 15:42
SOCAR prezidenti Qars bələdiyyəsinin başqanı ilə görüşüb

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Qars bələdiyyəsinin başqanı Mürtəza Karaçanta ilə görüşüb. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş TANAP qaz boru kəmərinin təməlqoyma mərasimindən əvvəl baş tutub. 

Tərəflər qarşılıqlı maraq kəsb edən bir sıra məsələləri müzakirə edib, bir-birinə xatirə hədiyyələri təqdim ediblər. 

Görüşdə həmçinin Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanlı da iştirak edib. 

Son xəbərlər

Orphus sistemi