SOCAR prezidenti: “Cənub Qaz Dəhlizi üzrə Azərbaycan və Gürcüstanda görülən işlərdə büdcə artımı yoxdur”

SOCAR prezidenti: “Cənub Qaz Dəhlizi üzrə Azərbaycan və Gürcüstanda görülən işlərdə büdcə artımı yoxdur” TANAP layihəsində isə 30%-ə qədər qənaət olunub
Energetika
22 Sentyabr , 2016 15:55
SOCAR prezidenti: “Cənub Qaz Dəhlizi üzrə Azərbaycan və Gürcüstanda görülən işlərdə büdcə artımı yoxdur”

Bakı. 22 sentyabr. REPORT.AZ/ “Şahdəniz 2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələri üzrə işlərdə nəzərdə tutulan büdcədən kənarlaşma yoxdur.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

“Bütün işlər qrafikə uyğun irəliləyir və heç bir sahədə gecikmə yoxdur. Bütün sahələrdə mühəndislərimiz, layihə qruplarımız uğurlu nəticələr əldə edirlər. Gecikmə və büdcədən kənarlaşma yoxdur. Sevindirici haldır ki, “Şahdəniz 2” üçün platforma tikintisində, Səngəçal terminalının genişləndirilməsində, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə əvvəl planlaşdırılan büdcədən kənarlaşma, büdcə artımı yoxdur. Bu layihələrdə operator olan BP şirkəti ilə birgə keyfiyyəti aşağı salmadan müəyyən azalma etmək üçün birgə işlər görülür”-  R.Abdullayev bildirib.

SOCAR prezidenti həmçinin deyib ki, Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsində isə büdcəyə 30%-ə qədər qənaət olunub. Onun sözlərinə görə, bu da idarəçiliyin yaxşı işləməsi və bazar şəraitinin yaxşı vəziyyətdə olması ilə əlaqədardır: “Boru kəmərinin tikintisi başa çatana qədər qiymət artımına səbəb olan müəyyən dəyişikliklər ola bilər, amma hələlik belə risk görünmür. Düşünürük ki, layihə nəzərdə tutulan büdcədən daha aşağı və vaxtında icra olunacaq”.

Son xəbərlər

Orphus sistemi