Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, SOCAR və "Statoil" arasında uzunmüddətli əməkdaşlıq münasibətlərindən söz açan R.Abdullayev Xəzər hövzəsindən hasil olunan neftin və qazın dünya bazarlarına şaxələndirilmiş marşrutlar üzrə çıxarılmasına imkan verən ixrac neft və qaz kəmərləri sisteminin qısa müddətdə yaradıldığını və uğurla fəaliyyət göstərdiyini bildirib. Son illər “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələri çərçivəsində və SOCAR-ın müstəqil işlədiyi yataqlarda görülən tədbirlər nəticəsində böyük nailiyyətlər qazanıldığını vurğulayıb. Bildirilib ki, "Statoil" şirkəti “Şahdəniz” layihəsini tərk etsə də, “Azəri-Çıraq-Günəşli” və digər layihələrdə SOCAR-ın əsas tərəfdaşlarından biri olaraq qalır.
"Statoil"un baş icraçı direktoru “Şahdəniz” layihəsini yüksək qiymətləndirərək, Avropanın enerji təhlükəsizliyində bu layihənin böyük rol oynadığını qeyd edib. E.Saetre Azərbaycan Qaz Təchizatı Şirkəti və Cənubi Qafqaz Boru Kəməri Şirkətinin operatorluğunu üzərinə götürdüyünə görə SOCAR-a təşəkkürünü bildirib və SOCAR komandasının bu işin öhdəsindən layiqincə gələcəyinə inandığını deyib. O, AÇG və Azərbaycanda iştirakçısı olduqları digər layihələrdə əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini vurğulayıb.
