​SOCAR prezidenti “Amec Foster Wheeler” şirkətinin nümayəndə heyətini qəbul edib

​SOCAR prezidenti “Amec Foster Wheeler” şirkətinin nümayəndə heyətini qəbul edib Görüşdə iki şirkət arasında əməkdaşlıq üçün daha geniş perspektivlərin olduğu qeyd edilib
Energetika
23 Oktyabr , 2015 17:44
​SOCAR prezidenti “Amec Foster Wheeler” şirkətinin nümayəndə heyətini qəbul edib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın “Amec Foster Wheeler” şirkətinin baş icraçı direktoru Samir Brikhonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, R.Abdullayev “Amec Foster Wheeler” şirkəti ilə SOCAR arasında hasilat və emal sənayesində səmərəli əməkdaşlıq münasibətlərinin mövcudluğunu və bu sahələrdə geniş perspektivlərin olduğunu qeyd edib.

SOCAR prezidenti “Amec Foster Wheeler” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib, şirkətə həvalə edilmiş layihələrin vaxtında və keyfiyyətlə icra edildiyini vurğulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən “Amec Foster Wheeler” şirkətinin baş icraçı direktoru Samir Brikhon qeyd edib ki, “Amec” və “Foster Wheeler” şirkətlərinin birləşməsi karbohidrogen hasilatı, nəqli və emalı sahələrində Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində və Azərbaycanda həyata keçirilən digər layihələrdə şaquli inteqrasiya edilmiş beynəlxalq təcrübəni təmin edir.

Baş icraçı direktor şirkətin Azərbaycanda 18 illik fəaliyyəti dövründə neft-qaz infrastrukturunun inkişafını dəstəkləmək məqsədilə digər layihələrlə yanaşı, dənizdə 70 000 tondan artıq hasilat platformalarının inşasında iştiraklarını qeyd edib. Bildirilib ki, “SOCAR-Foster Wheeler” Birgə Müəssisəsinin yaradılması ilə şirkətlər arasında əməkdaşlıq daha da genişlənib, Azərbaycanda yerli mühəndis kadrlarının potensialından daha böyük həcmdə istifadəyə şərait yaranıb. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi