“SOCAR Polymer”in ixrac gəlirləri 23 %-dək azalıb

Energetika
  • 01 fevral, 2023
  • 07:58
“SOCAR Polymer”in ixrac gəlirləri 23 %-dək azalıb

2022-ci il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 195,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.

Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 56,8 milyon ABŞ dolları və yaxud 22,5 % azdır.

Qeyd edək ki, 2022-ci il ərzində Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 3,05 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu var. Zavodun açılışı 18 iyun 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti