“SOCAR Polymer” 2022-ci ilin yay təcrübə proqramını elan edib

“SOCAR Polymer” 2022-ci ilin yay təcrübə proqramını elan edib “SOCAR Polymer” şirkəti 2022-ci ilin yay təcrübə proqramını elan edir.
Energetika
20 aprel 2022 08:51
“SOCAR Polymer” 2022-ci ilin yay təcrübə proqramını elan edib

“SOCAR Polymer” şirkəti 2022-ci ilin yay təcrübə proqramını elan edir.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, “SOCAR Polymer”in yay təcrübə proqramı tələbələrə öz nəzəri biliklərini praktikada tətbiq etmək, ünsiyyət bacarıqlarını artırmaq və liderlik keyfiyyətlərini inkişaf etdirməyə imkan verir. 2016-cı ildə ilk dəfə təşkil edilmiş yay təcrübə proqramında iştirak etmək üçün verilən ərizələrin sayı dəfələrlə artmış və onlarla tələbə təcrübəçi adını qazanıb.

Seçim mərhələsindən uğurla keçmiş namizədlər 8 həftə ərzində şirkətin proses və prosedurlarını öyrənir, yeni bilik və bacarıqlar əldə edir və korporativ fəaliyyətdə iştirak edirlər. Proqramın əvvəlində şirkətlə tanışlıq təlimlərindən sonra təcrübəçilər “SOCAR Polymer” şirkətinin ofis və zavodunda işləmək üçün müxtəlif konkret layihələr üzərində işləyən kollektivlərinə qoşulurlar.

“SOCAR Polymer”də təcrübəçi olmaq üçün namizəd bir və ya iki təcrübə sahəsi seçərək aşağıdakı göstərişlərə uyğun olaraq onlayn ərizə forması doldurur. Yay təcrübə proqramında Azərbaycan vətəndaşı olan bakalavr pilləsinin son kursunda və ya magistraturada təhsil alan tələbələrin iştirak etmək hüququ var.

Təcrübəyə bakalavr pilləsinin son kursunda və magistraturada təhsil alan tələbələr müraciət edə bilərlər. Müraciət üçün son tarix 30 apreldir.

Orphus sistemi