“SOCAR Petroleum”un yanacaqdoldurma məntəqəsində çənlər təmizlənib

“SOCAR Petroleum”un yanacaqdoldurma məntəqəsində çənlər təmizlənib Bakı. 3 oktyabr. REPORT.AZ/ “SOCAR Petroleum” QSC-ə məxsus Siyəzən rayonu, Bakı-Quba yolunun 86-cı km-də yerləşən yanacaqdoldurma məntəqəsində yeraltı üfüqi polad çənlərin təmizlənməsi işləri həyata keçirilib.
Energetika
3 Oktyabr , 2018 13:50
“SOCAR Petroleum”un  yanacaqdoldurma məntəqəsində çənlər təmizlənib
0 : 00
0 : 00

Bakı. 3 oktyabr. REPORT.AZ/ “SOCAR Petroleum” QSC-ə məxsus Siyəzən rayonu, Bakı-Quba yolunun 86-cı km-də yerləşən yanacaqdoldurma məntəqəsində yeraltı üfüqi polad çənlərin təmizlənməsi işləri həyata keçirilib.

“Report” QSC-yə istinadən xəbər verir ki, təmizlənmə işləri tərtib olunub, rəhbərlik tərəfindən təsdiqlənmiş qrafikə uyğun olaraq aparılıb və nəticələrlə bağlı aktlar tərtib edilib.

İlk olaraq təmizlənmə 50 kubmetrlik üfüqi polad dizel çənində başlanılıb. Bildirilib ki, çəni təmizləməyə hazırlayarkən yanacadoldurma məntəqəsinin istismar qaydaları əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq yerinə yetirilib. Qeyd edilib ki, “SOCAR Petroleum” elm və texnikanın nailiyyətlərindən və qabaqcıl təcrübədən geniş istifadə etməklə yeraltı üfüqi polad çənlərin sənaye-çirkab qalıqlarından təmizlənməsi prosesinin yaxşılaşdırılmasına və təmizləmə zamanı yığılmış qalıq neft məhsullarının itkisinin qarşısının alınmasına nail olur.

Sonda 50 kubmetrlik üfüqi polad dizel çəni diafraqmalı nasos və vintli kompressor vasitəsilə çənin ölü səviyyəsindən qalıq neft məhsulları qablara boşaldılaraq təmizlənib, çənlərin bütün avadanlıqları yoxlanılıb və yanacağı qəbul etmək üçün təhvil verilib.

Qeyd edilib ki, “SOCAR Petroleum”a məxsus bütün yanacaqdoldurma məntəqələrinin çənlərində quraşdırılan dalğıclar çənin dib nöqtəsindən 12-14 sm. hündürlükdə quraşdırılıb. Bu da ona görədir ki, yığılmış qalıntı maddələr müştərilərin avtomobillərinə daxil olmasın. Bu, dünya təcrübəsinə dayanaraq tətbiq edilib. Bu formalı təmizlənmə işləri təsdiqlənmiş qrafikə uyğun olaraq hər 6 aydan bir həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi