“SOCAR Petroleum” Sumqayıtda yeni YDM istifadəyə verdi

“SOCAR Petroleum” Sumqayıtda yeni YDM istifadəyə verdi Bununla da ümumilikdə respublikamızda “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 36-a çatdırılıb
Energetika
578
6 Noyabr , 2020 11:23
“SOCAR Petroleum” Sumqayıtda yeni YDM istifadəyə verdi

Bu gün Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi 208 ünvanında "SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

Bu barədə “Report”a “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məlumat verib.

Onun sözlərinə görə, bununla da ümumilikdə respublikamızda “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 36-a çatdırılıb.

O bildirib ki, Sumqayıt şəhəri daxil olmaqla Saray qəsəbəsi və Sumqayıt-Novxanı istiqamətinə hərəkət edən avtonəqliyyat vasitəsi sahibləri üçün bu YDM daha əlverişlidir: “Yeni istifadəyə verilmiş məntəqədə 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “SUPER”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb”.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC-nin (QSC) 36 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə sıxılmış təbii qaz (CNG) terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər vardır.

Son xəbərlər

Orphus sistemi