Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (
"İyunun 26-da yaxud sonrakı günlərdə əsas pay sahibi olduğumuz "Petkim" Petrokimya Holdinqinin iyunun 8-də satılmasını ləğv etdiyimiz hissələrinin satışı üçün İstanbul Birjasına müraciət edəcəyik", - deyə "SOCAR Energy Turkey"in açıqlamasında bildirilir.
Qeyd edək ki, SOCAR-ın "Petkim"də payı 61,32%-dir. Şirkətin potensial investora satmaq istədiyi 1,6%-lik pay 16 mln. səhm, onun nominal üzrə ümumi dəyəri 16 mln. lirə (TRY) təşkil edir. Satışa çıxarılan səhm paketinin hər səhm 4 lirə olmaqla 64 mln. lirəyə satılması planlaşdırılırdı. İyun 7-də Türkiyədə keçirilən parlament seçkilərinin ilkin nəticələri fonunda ölkədə dolların məzənnəsi 7% artıb.