Yuxarı

SOCAR ötən il Supsa limanından 2,4 mln. ton neft ixrac edib

SOCAR ötən il Supsa limanından 2,4 mln. ton neft ixrac edib
Ötən il ərzində Supsa limanından ixrac olunan xam neftin 171 min tonu dekabr ayının payına düşüb

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı il ərzində Supsa limanından (Qara dəniz, Gürcüstan) 2 383 854 ton xam neft ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2015-ci ildən 14,7% azdır.

Ötən il ərzində Supsa limanından ixrac olunan xam neftin 170 965 tonu dekabr ayının payına düşüb ki, bu da 2015-ci ilin dekabr ayından 32,5% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir. Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi