SOCAR ötən il neft və qaz satışından əldə etdiyi gəlirlərini açıqlayıb
- 07 iyul, 2022
- 13:25
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci il ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xam neftin satışından 42,065 milyard manat gəlir əldə edib.
“Report” xəbər verir ki, bu barədə şirkətin ötən il üzrə konsolidasiya olunmuş maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, bu, 2020-ci ilin göstəricisi ilə müqayisədə 59,2 % çoxdur.
Ötən il ərzində Dövlət Neft Şirkəti təbii qaz satışından 7,074 milyard manat gəlir əldə edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 76,2 % çoxdur.
2021-ci il ərzində SOCAR neft məhsullarının satışından 19,282 milyard manat gəlir əldə edib ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 44,1 % çoxdur.
Eyni dövrdə SOCAR neft-kimya məhsullarının satışını da 2,95 dəfə artıraraq əldə edilən gəlirlərin həcmini 6,748 milyard manata çatdırıb.
2021-ci il ərzində şirkətin icarədən əldə etdiyi gəlirlərinin həcmi 258 milyon manat olub ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 45 % azdır.
Eyni zamanda, şirkətin il ərzində digər gəlirləri 2,104 milyard manat təşkil edib ki, bu da illik müqayisədə 2,9 çoxdur.
Qeyd edək ki, 2021-ci ildə SOCAR-ın ümumi gəlirlərinin həcmi 77,531 milyard manat olub ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 56,3 % çxodur.