SOCAR ötən il 7,4 mln. ton neft hasil edib

SOCAR ötən il 7,4 mln. ton neft hasil edib
Energetika
16 Yanvar , 2018 09:26
SOCAR ötən il 7,4 mln. ton neft hasil edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ildə 7 427,1 min ton neft hasil edib.

“Report” SOCAR-ın statistik məlumatlarına istinadən xəbər verir ki, bu həcmin 624,3 min tonu dekabr ayının hasilatının payına düşüb.

Ötən il ümumilikdə Azərbaycanda neft hasilatının həcmi 38 688,9 min ton təşkil edib. Dekabr ayında isə Azərbaycanda 3 362,4 min ton neft hasil olunub.