SOCAR ötən il 2 milyon tondan çox neft və neft-kimya məhsulları ixrac edib

SOCAR ötən il 2 milyon tondan çox neft və neft-kimya məhsulları ixrac edib 2019-cu ildə Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyində ümumilikdə 366,41 min ton xammal emal edilib.
Energetika
3 Dekabr , 2020 14:17
SOCAR ötən il 2 milyon tondan çox neft və neft-kimya məhsulları ixrac edib

2019-cu ildə Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyində ümumilikdə 366,41 min ton xammal emal edilib.

“Report” bu barədə SOCAR-ın “Davamlı İnkişaf üzrə İllik Hesabat”ına istinadən xəbər verir.

Məlumata görə, ötən il şirkətin Metanol zavodunda 383 min ton metanol istehsal olunub. Məhsul satışının 97,6%-i xarici, 2,4%-i isə daxili bazarın payına düşüb. Həmçinin şirkətin Karbamid zavodunda istehsal edilmiş 171,2 min ton karbamid məhsulunun 125 min tonunun satışı həyata keçirilib ki, bunun 115 min tonu xarici, 10 min tonu isə daxili bazarda realizə edilib.

Hesabat dövründə SOCAR üzrə ixrac olunmuş neft və neft-kimya məhsullarının həcmi 2,142 milyon ton olub.

Son xəbərlər

Orphus sistemi