Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) ötən ilin dekabr ayı ərzində 8 506 metr qazma işi həyata keçirib. Bu sahədə görülmüş işlərin 8 062 metri istismara, 444 metri isə kəşfiyyata aid olub. Bu barədə "Report"a SOCAR-ın İctimaiyyətlə əlaqələr Departamentindən məlumat verilib.
Ümumilikdə 2014-cü il ərzində SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) ümumilikdə 127 346 metr qazma işi görülüb ki, bunun da 124 718 metri istismara, 2 628 metri isə kəşfiyyata aid olub.