SOCAR ötən il 104 min metrdən çox qazma işi həyata keçirib

SOCAR ötən il 104 min metrdən çox qazma işi həyata keçirib Hesabat ilində 73 yeni quyu mədənçilərə təhvil verilib
Energetika
6 Yanvar , 2016 11:34
SOCAR ötən il 104 min metrdən çox qazma işi həyata keçirib

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 2015-ci il ərzində 104 411 metr qazma işi görülüb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, ötən il görülən qazma işləri 2014-cü ildəkindən 18% az olub.

Ötən il aparılan qazma işlərinin 103 411 metri istismara, qalanı isə kəşfiyyata aid olub. 2015-ci il ərzində görülən qazma işlərinin 6 686 metri dekabr ayı ərzində həyata keçirilib. Dekabrda görülmüş işlərin hamısı istismara aid olub. Ötən ilin dekabr ayında görülmüş qazma işləri əvvəlki ilin dekabr ayından 21% az olub.

Ötən ay ərzində qazmadan alınmış 10, 2015-ci il ərzində isə 73 yeni quyu tikinti işləri başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi