SOCAR ötən il 1 ton neftin istehsal maya dəyərini açıqlayıb

Energetika
  • 07 oktyabr, 2021
  • 12:21
SOCAR ötən il 1 ton neftin istehsal maya dəyərini açıqlayıb

2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istehsal etdiyi 1 ton neftin maya dəyəri 118,85 manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın saytında dərc olunan şirkətin 2020-ci il üzrə illik hesabatında deyilir.

Hesabata əsasən, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,97 manat və ya 4 % azalıb.

Məlumata görə, şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,4 %, əmək haqqı xərcləri 16,4 %, sosial sığortaya ayırmalar 3,4 %, amortizasiya ayırmaları 19,5 %, təmir xərcləri 9,1 %, texniki xidmət xərcləri 5,1 %, nəqliyyat xərcləri 15,4 %, mədən vergisi 8,1 %, digər vergilər 5,7 % və s. təşkil edir.

Neftin nəqli və İstehsalat Birliyinin digər xərcləri də nəzərə alınmaqla 1 ton neftin tam maya dəyəri 153,56 manat təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti