SOCAR ötən ay Ukraynaya idxal etdiyi aviasiya yanacağının həcmini açıqladı

SOCAR ötən ay Ukraynaya idxal etdiyi aviasiya yanacağının həcmini açıqladı Bu ilin noyabr ayında “SOCAR Energy Ukraine” şirkəti dəniz yolu ilə Qara dənizdə yerləəşən Çernomorsk limanından Ukraynaya 2,5 min ton İtaliya istehsalı olan aviasiya yanacağı idxal edib
Energetika
4 Dekabr , 2020 17:53
SOCAR ötən ay Ukraynaya idxal etdiyi aviasiya yanacağının həcmini açıqladı

Bu ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti dəniz yolu ilə Qara dənizdə yerləşən Çernomorsk limanından Ukraynaya 2,5 min ton İtaliya istehsalı olan aviasiya yanacağı idxal edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, “A-95” Konsaltinq Qrupunun araşdırması nəticəsində məlum olub.

Bildirilir ki, ötən ay dəniz yolu ilə ölkəyə 8,9 min ton aviasiya yanacağı gətirilib ki, bu da ötən ilin noyabr ayının göstəriciləri ilə müqayisədə 2 dəfədən çoxdur. 2019-cu ilin noyabr ayında ölkəyə 4,1 min ton bu növ yanacaq idxal edilib. Dənizlə ölkəyə gətirilən aviasiya yanacağının digər 6,4 min tonu isə “Treyd Kommoditi” şirkəti tərəfindən Nikolayev dəniz limanından qəbul edilib.

Bu arada, Ukraynaya Litvadan idxal edilən aviasiya yanacağının həcmləri 3 dəfə azalıb. Hesabat ayında ölkəyə daha əvvəlki ilin eyni ayının – 15,1 min göstəricisinə nisbətdə 4,3 min məhsul idxal edilib. Ölkəyə gətirilən bu növ yanacağın əsas payı isə “SOCAR Ukraine”, “Qlusko Ukraine” və AMİK şirkətlərinin payına düşüb.

Ötən ay Belarusdan Ukraynaya cəmi 200 ton aviasiya yanacağı idxal edilib. Oktyabr ayında bu həcmlər 7,5 min ton təşkil edib.

Ümumilikdə 2020-ci ilin noyabr ayında Ukrayna 13,5 min ton aviasiya yanacağı idxal edib ki, bu da ötən ilin eyni ayının göstəricilərindən 60 % azdır. Həmçinin bu həcm 2020-ci ilin oktyabr ayının göstəricilərindən 34 % azdır.

Qeyd edək ki, 2020-ci ilin 11 ayında Ukraynaya ümumilikdə 129,6 min ton aviasiya yanacağı idxal edilib ki, bu da 2019-cu ilin yanvar-noyabr aylarında idxal edilən yanacağın həcmindən 2 dəfə çoxdur. 2019-cu ilin 11 ayında ölkəyə 246,2 min ton aviasiya yanacağı gətirilib.

Son xəbərlər

Orphus sistemi