Yuxarı

SOCAR ötən ay Supsa limanından 176 min ton neft ixrac edib

Bu ilin ilk rübündə Supsa limanından 600 min tona yaxın neft ixrac olunub

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin mart ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 176 335 ton xam neft ixarc edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin mart ayından 30% az olub.

Ümumilikdə yanvar-mart ayları ərzində Supsa limanından 599 600 ton xam neft ixrac olunub ki, bu göstərici ötən ilin birinci rübündən 21% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi