SOCAR ötən ay Ceyhandan 1,5 mln. ton xam neft ixrac edib

SOCAR ötən ay Ceyhandan 1,5 mln. ton xam neft ixrac edib Yanvar-fevral ayları ərzində Ceyhan limanından 3 mln. ton xam neft ixrac olunub
Energetika
1 Mart , 2016 18:15
SOCAR ötən ay Ceyhandan 1,5 mln. ton xam neft ixrac edib

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin fevral ayında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 473 411 ton xam neft ixrac edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, ötən ay Ceyhan limanından ixrac olunan xam neftin həcmi 2015-ci ilin fevral ayından 9,6% az olub

Ümümilikdə, yanvar-fevral ayları ərzində Ceyhan limanından 2 984 325 ton xam neft ixrac edilib ki, bu da ötən ilin iki ayından 10,3% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.

Son xəbərlər

Orphus sistemi