Yuxarı

SOCAR ötən ay Ceyhan limanından 943 min ton xam neft ixrac edib

Liman üzrə 8 aylıq ixracın həcmi isə 12 322 470 ton təşkil edib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın Novorossiysk limanından 169 min 279 ton, Gürcüstanın Supsa limanından 274 705 ton, Türkiyənin Ceyhan limanından isə 942 882 ton xam neft ixrac edib. 

Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, ümümilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından ixrac 898 048 ton, Supsa limanından ixrac 1 853 627 ton, Ceyhan limanından ixrac 12 322 470 ton, Kulevi terminalından ixrac isə 14 946 ton təşkil edib. SOCAR-ın ixrac etdiyi xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi