SOCAR OPEC+ razılaşması çərçivəsində hasilatı əhəmiyyətli dərəcədə azaldıb

SOCAR OPEC+ razılaşması çərçivəsində hasilatı əhəmiyyətli dərəcədə azaldıb 2020-ci il pandemiya ilə əlaqədar ümumilikdə dünya iqtisadiyyatında, eləcə də qlobal enerji bazarlarında tənəzzül dövrü kimi yadda qalıb
Energetika
18 Yanvar , 2021 13:34
SOCAR OPEC+ razılaşması çərçivəsində hasilatı əhəmiyyətli dərəcədə azaldıb

2020-ci il pandemiya ilə əlaqədar ümumilikdə dünya iqtisadiyyatında, eləcə də qlobal enerji bazarlarında tənəzzül dövrü kimi yadda qalıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilir ki, SOCAR bu ümumi prosesdən müəyyən dərəcədə təsirlənib: “Şirkət OPEC+ razılaşması çərçivəsində həm qazma işlərinin, həm də neft hasilatının həcmini əhəmiyyətli dərəcədə azaldıb. Tətbiq edilən məhdudiyyətlər il ərzində neft və qaz qiymətlərində qlobal artımla nəticələnib”.

Məlumatda qeyd edilir ki, SOCAR həm razılaşma çərçivəsində, həm də xərclərin optimallaşdırılması məqsədi ilə görülmüş digər tədbirlər nəticəsində biznes əməliyyatlarının dayanıqlığını təmin etməyə nail olub: "Bu, şirkətin əsas istehsalat göstəricilərində də əksini tapır".

2020-ci ildə SOCAR üzrə 56 min metrə yaxın qazma işləri həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi