SOCAR Novorossiysk limanından neft ixracını 29% artırıb

SOCAR Novorossiysk limanından neft ixracını 29% artırıb SOCAR 9 ayda bu limandan 1,2 mln. ton xam neft ixrac edib
Energetika
2 Oktyabr , 2017 17:51
SOCAR Novorossiysk limanından neft ixracını 29% artırıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Novorossiysk limanından (Qara dəniz, Rusiya) 1 157 704 ton xam neft ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 169 675 tonu sentyabr ayında ixrac olunub.

Bu ilin doqquz ayında SOCAR-ın Novorossiysk limanından xam neft ixracı ötən ilin müvafiq dövründən 28,9% çox olub.

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Son xəbərlər

Orphus sistemi