SOCAR neftin satışından 56,6 mlrd. manat gəlir əldə edib

SOCAR neftin satışından 56,6 mlrd. manat gəlir əldə edib Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2017-ci ildə xam neftin satışından gəliri 91% artaraq 56,592 mlrd. manat təşkil edib.
Energetika
14 İyun , 2018 16:04
SOCAR neftin satışından 56,6 mlrd. manat gəlir əldə edib
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2017-ci ildə xam neftin satışından gəliri 91% artaraq 56,592 mlrd. manat təşkil edib.

"Report" xəbər verir ki, bu barədə “Ernst&Young” (EY) şirkəti tərəfindən auditi aparılmış SOCAR-ın 2017-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.

Hesabat dövründə şirkətin neft məhsullarından gəliri 2 dəfədən çox artıb və 24,808 mlrd. manat təşkil edib.

SOCAR-ın ötən il neft-kimya məhsullarından gəliri 3,881 mlrd. manat (46,8% artım), təbii qazdan - 2,670 mlrd. manat (34% çox), digər gəlirləri isə 4,620 mlrd. manat (22% azalma) təşkil edib.

Qeyd edək ki, 2017-ci ildə SOCAR-ın məcmu gəlirləri 78% artaraq 92,571 mlrd. manat olub.

Son xəbərlər

Orphus sistemi