SOCAR neft-kimya məhsullarının ixracını 48% artırıb

SOCAR neft-kimya məhsullarının ixracını 48% artırıb Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə mənfəət nefti də daxil olmaqla 4 911,586 min ton xam neft, 172,292 mln. kubmetr təbii qaz, 604,6 min tondan artıq neft və neft kimya məhsulları ixrac edilib.
Energetika
17 İyul , 2019 18:32
SOCAR neft-kimya məhsullarının ixracını 48% artırıb

Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə mənfəət nefti də daxil olmaqla 4 911,586 min ton xam neft, 172,292 mln. kubmetr təbii qaz, 604,6 min tondan artıq neft və neft kimya məhsulları ixrac edilib.

“Report”un şirkətin məlumatına əsasən, verdiyi xəbərə görə, xam neftin ixracında azalma müşahidə edilsə də, neft və neft kimya məhsullarının ixracında 48% artım qeydə alınıb. Bildirilib ki, bu isə xam neftin və qazın ixracında azalmaya səbəb olan amillərdən birinin də daha çox məhsulun emala yönəlməsi olduğunu göstərir.

Dövr ərzində ölkədən 2 421,574 mln. kubmetr təbii qaz ixrac edilib. Qeyd edilib ki, təbii qazın ixracında Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqədar olan artım ötən ilin müvafiq dövrünə nisbətən, təqribən, 37% təşkil edib.

Qeyd edək ki, cari ilin I rübündə SOCAR tərəfindən 5,790 mln. tona yaxın xam neft ixrac olunub, qaz ixracı ölkə üzrə artaraq 3,2 mlrd. kubmetr təşkil edib. Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında, təqribən, 456 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi