SOCAR neft-kimya məhsullarının ixracını 25 %-dən çox artırıb

SOCAR neft-kimya məhsullarının ixracını 25 %-dən çox artırıb 2021-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft emalı və neft-kimya məhsullarının ixracının (polimerlə birlikdə) 3 milyon ton həddini keçib.
Energetika
19 Yanvar , 2022 16:18
SOCAR neft-kimya məhsullarının ixracını 25 %-dən çox artırıb

2021-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft emalı və neft-kimya məhsullarının ixracının (polimerlə birlikdə) 3 milyon ton həddini keçib.

Bu barədə “Report” SOCAR-ın ötənilki əsas istehsalat göstəricilərinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2020-ci illə müqayisədə təxminən 25,5 % çoxdur.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Neft emalı zavodunun modernizasiya və yenidənqurma layihəsinin 2023-cü ilin dördüncü rübündə yekunlaşması nəzərdə tutulur. Layihəyə əsasən 2022-ci ilin ortasında "Avro-5" dizel yanacağı, 2023-cü ilin ortalarında isə "Avro-5" benzin istehsal edilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi