SOCAR iyunda 1,676 mln. ton neft ixrac edib

SOCAR iyunda 1,676 mln. ton neft ixrac edib Novorossiysk limanından ixrac 159,6 min ton, Supsadan - 176,1 min ton, Ceyhandan isə 1 340,3 min ton olub
Energetika
1 İyul , 2016 18:04
SOCAR iyunda 1,676 mln. ton neft ixrac edib

Bakı. 1 iyul. REPORT.AZ/ SOCAR 2016-cı ilin iyun ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 159 574 ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 176 120 ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 340 337 ton xam neft ixrac edib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, Supsa limanından neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 162,9 min ton yaxud 48,1%, Ceyhan limanından xam neft ixracı isə 585,4 min ton və ya 30,4% azalıb.

Ümümilikdə, yanvar-iyun ayları ərzində Novorossiysk limanından 479 073 ton, Supsa limanından 1 217 067 ton, Ceyhan limanından 8 536 793 ton, Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq, Novorossiysk limanından ixracda 198 973 ton və ya 29,4%, Supsadan ixracda 307 833 ton və ya 20,2%, Ceyhan limanından ixracda isə 667 154 ton və ya 7,3% azalma deməkdir.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

İyun ayında dünya bazarında "Brent" tipli xam neftin 1 bareli 48,34 dollara, "Urals" - 47,15 dollara, "BTC FOB Ceyhan" isə 49,41 dollara satılıb.

Son xəbərlər

Orphus sistemi