Yuxarı

​SOCAR neft emalı zavodunda təmir işlərinə başlayıb

Paralel olaraq 4 qurğuda aparılacaq təmir işlərinin vaxtında bitəcəyi bildirilir

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCARHeydər Əliyev adına Neft Emalı Zavodunda paralel olaraq dörd qurğuda təmir işlərinə başlanılıb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, zavodun neftin ilkin emalı, katalitik krekinq, tədrici kokslaşdırma və katalitik riforminq qurğularında həyata keçiriləcək təmir işlərinin siyahısı tutulub və onların yerinə yetirilməsi üçün texniki-təşkilati, təchizat və nəqliyyat məsələləri müəyyən edilib. Qüsurlar cədvəli tərtib olunub, müvafiq layihə tapşırıqlarına uyğun olaraq işlərə başlanılıb. Təmir dövründə zavodun texniki nəzarət şöbəsinin işçiləri tərəfindən texnoloji qurğuların texniki vəziyyəti tam surətdə yoxlanılacaq, qüsurlar cədvəlinə əsasən, qurğularda mexaniki, elektrik və metroloji işlər yerinə yetiriləcək.

Təmir işləri aparılan müddətdə təhlükəsizlik və ekoloji qaydalara nəzarət gücləndiriləcək, görüləcək işlərdə risklər əvvəlcədən müəyyənləşdiriləcək. Qurum təmir işlərinin vaxtında bitəcəyini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi