"SOCAR Methanol" bu il istehsalını artırmaq niyyətindədir

"SOCAR Methanol" bu il istehsalını artırmaq niyyətindədir Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti SOCAR Methanol MMC bu il metanol zavodunda 350 min ton məhsul istehsal etməyi proqnozlaşdırır.
Energetika
25 Aprel , 2018 12:30
SOCAR Methanol bu il istehsalını artırmaq niyyətindədir
"SOCAR Methanol" MMC-nin baş direktoru Elnur Mustafayev / Report/ Firi Salim

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti "SOCAR Methanol" MMC bu il metanol zavodunda 350 min ton məhsul istehsal etməyi proqnozlaşdırır.

"Report" xəbər verir ki, bunu "SOCAR Methanol" MMC-nin baş direktoru Elnur Mustafayev Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Bakıda keçirilən "Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası-layihələrin həyata keçirilməsi və texniki həllər" adlı konfransda bildirib.

O xatırladıb ki, 2017-ci ildə 265 min ton metanol istehsal olunub ki, bu da plandan 6% çoxdur: "2018-ci ildə 350 min ton, 2019-cu ildə 500 min ton metanol istehsalı proqnozlaşdırılır".

Onun sözlərinə görə, hazırda analitik və texniki metanol istehsal olunur: "Məhsulun ixracı SOCAR-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi tərəfindən həyata keçirilir. İxrac əsasən SOCAR-ın Kulevi neft terminalından (Qara dəniz, Gürcüstan) bazarlara çıxarılır. Məhsullar Türkiyə, Sloveniya, Çexiya, Belçika, İsrail və Braziliyaya ixrac olunub". 

Son xəbərlər

Orphus sistemi