SOCAR Londonda Beynəlxalq Neft Həftəsində tədbir keçirib - VİDEO

SOCAR Londonda Beynəlxalq Neft Həftəsində tədbir keçirib - VİDEO Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Londonda keçirilən Beynəlxalq Neft Həftəsi çərçivəsində “Natural History Museum”də uğurla tədbir həyata keçirib.
Energetika
28 Fevral , 2019 15:54
SOCAR Londonda Beynəlxalq Neft Həftəsində tədbir keçirib - VİDEO
Report

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Londonda keçirilən Beynəlxalq Neft Həftəsi çərçivəsində “Natural History Museum”də uğurla tədbir həyata keçirib.

“Report”un verdiyi xəbərə görə, tədbirdə BP, “Glencore”, “Vitol”, “Trafigura”, “Totsa”, “Litasco”, ING, “ABN Ambro”, “BNP Paribas” kimi şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbiri SOCAR prezidenti Rövnəq Abdullayev, şirkətin marketinq və sərmayələr üzrə vitse-prezidenti Elşad Nəsirov, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə, "SOCAR Trading"in İcraçı Direktoru Məryəm Almaszadə, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları və yerli diaspor nümayəndələri də ziyarət ediblər. 

Bildirilib ki, SOCAR-ın tədbir təşkil etməsində əsas məqsədi Azərbaycanın beynəlxalq biznes əlaqələrinin daha da artması, beynəlxalq biznes münasibətlərinin inkişaf etdirilməsi, şirkətin həyata keçirdiyi işlər barədə məlumat vermək, yeni tərəfdaşlar əldə etmək olub.

Qeyd edək ki, Beynəlxalq Neft Həftəsi 26-28 fevral tarixləri arasında keçirilir. Neft həftəsi çərçivəsində “Dəyişən dünyada yeni enerji erası”, “İqlim dəyişikliyinə qarşı mübarizə üçün atılmalı addımlar”, “Rusiyanın beynəlxalq neft və qaz sektorunda rolu”, “Xəzər dənizi regionunda neft və qaz istehsalının artımı”, “Orta Şərqdə enerji sammiti” mövzusunda konfranslar və seminarlar keçirilir.

Aytən Abbaslı

Son xəbərlər

Orphus sistemi