SOCAR Kiyev və Odessada üzən YDM açıb

SOCAR Kiyev və Odessada üzən YDM açıb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti naviqasiya mövsümünün başlaması ilə əlaqədar kiçik və orta ölçülü gəmilərin yanacaqla təminatı üçün iki üzən yanacaqdoldurma məntəqəsini işə salıb.
Energetika
13 May , 2019 11:08
SOCAR Kiyev və Odessada üzən YDM açıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti naviqasiya mövsümünün başlaması ilə əlaqədar kiçik və orta ölçülü gəmilərin yanacaqla təminatı üçün iki üzən yanacaqdoldurma məntəqəsini işə salıb.

“Report”un xəbərinə görə, bu barədə şirkətin “Facebook” səhifəsində məlumat verilib.

Yanacaqdoldurma məntəqələrinin biri paytaxt Kiyevdə Muromets parkının ərazisində, digəri isə Odessada Sovinyon yaxta-klubunun ərazisində yerləşir. SOCAR-ın üzən yanacaqdoldurma məntəqələrində digər yanacaqdoldurma məntəqələrində təklif olunan yanacaq növləri satılır.

Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsi ilə həyata keçirir. Şirkət 2009-cu il dekabrın 17-də yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın topdan və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi