SOCAR Kanadanın neft şirkətinə yekun ödənişi edəcək

SOCAR Kanadanın neft şirkətinə yekun ödənişi edəcək “Zenith Energy” şirkəti Azərbaycanın quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları bloku üzrə Müqavilə Reabilitasiya Sahəsinin SOCAR-a təhvilvermə prosesini yekunlaşdırıb
Energetika
10 Noyabr , 2020 16:43
SOCAR Kanadanın neft şirkətinə yekun ödənişi edəcək

Kanadanın “Zenith Energy” şirkəti Azərbaycanın quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları bloku üzrə Müqavilə Reabilitasiya Sahəsinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təhvilvermə prosesini tam olaraq yekunlaşdırıb.

“Report” xəbər verir ki, bu barədə Kanada şirkəti məlumat yayıb.

Məlumatda deyilir ki, şirkət Azərbaycandakı törəmə şirkətinin bu yaxınlarda SOCAR-dan keçmiş neft hasilatı üçün ümumilikdə təqribən 85 000 ABŞ dolları məbləğində ödəmə aldığını təsdiqləyib.

Bundan əlavə, şirkətin yerli törəmə şirkəti SOCAR-dan nəzərdə tutulmuş qaydada yekun ödəniş alacağını gözləyir və aldıqdan sonra bazarı müvafiq qaydada yeniləyəcək.

Bundan öncə də xəbər verilmişdir ki, təhvilvermənin nəticəsi olaraq “Zenith” Azərbaycanda neft hasilatını dayandırıb və hasilatla məşğul olan təxminən 170 nəfərlik işçi heyəti SOCAR-ın tərkibinə keçib.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat 2016-cı il avqustun 11-də başlanıb.

Son xəbərlər

Orphus sistemi