SOCAR: İzmirdəki zəlzələ STAR NEZ-in fəaliyyətinə təsir etməyib

SOCAR: İzmirdəki zəlzələ STAR NEZ-in fəaliyyətinə təsir etməyib Neft Emalı Zavodu episentrdən təxminən 120 kilometr şimalda Əliağa yarımadasındakı yerləşir
Energetika
901
31 Oktyabr , 2020 15:49
SOCAR: İzmirdəki zəlzələ STAR NEZ-in fəaliyyətinə təsir etməyib

“İzmir şəhərində baş verən zəlzələ episentrdən təxminən 120 kilometr şimalda yerləşən Əliağa yarımadasındakı SOCAR-ın STAR Neft Emalı Zavodunun fəaliyyətinə təsir etməyib”.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu, Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.

Qeyd edək ki, dünən Türkiyənin İzmir şəhərində 25 nəfərin ölümü, 804 nəfərin xəsarət alması ilə nəticələnən güclü zəlzələ baş verib.

Xatırladaq ki, SOCAR-ın STAR Neft Emalı Zavodunun illik emal gücü 10 milyon tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı (1,6 milyon ton), nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında STAR NEZ ilə yanaşı, SOCAR-ın Petkim neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi