SOCAR: İşi azalan işçilərin göstəriciləri Kadr Ehtiyatı Bazasına yığılır

SOCAR: İşi azalan işçilərin göstəriciləri Kadr Ehtiyatı Bazasına yığılır Qurudakı yataqlarda hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar təbii olaraq aparılan qazma əməliyyatlarının həcmi də azaldılıb.
Energetika
19 Sentyabr , 2020 12:30
SOCAR: İşi azalan işçilərin göstəriciləri Kadr Ehtiyatı Bazasına yığılır

Qurudakı yataqlarda hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar təbii olaraq aparılan qazma əməliyyatlarının həcmi də azaldılıb.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib.

Onun sözlərinə görə, nəticədə əmək fəaliyyətinin həcmi azalan işçilərin əksəriyyəti quyuların konservasiya işlərinə və avadanlıqlara texniki xidmət sahələrinə cəlb olunurlar: “Həmin əməkdaşların göstəriciləri SOCAR-ın Kadr Ehtiyatı Bazasına (KEB) daxil edilir, onların müvafiq müəssisə və təşkilatlarının siyahı tərkibində saxlanılması üçün əmək qanunvericiliyinin verdiyi imkanlar çərçivəsində tədbirlər görülür”.

SOCAR prezidenti bildirib ki, şirkətdaxili vakansiyalar üzrə (əgər həmin ixtisas üzrə KEB-də namizəd varsa) kənardan işə qəbulun dayandırılması və vakansiyaların KEB-ə daxil edilmiş işçilər hesabına təmin olunması, eləcə də işçilərin yenidən hazırlanması və yeni peşələrə yiyələnmələri üçün SOCAR-ın kadr hazırlığı mərkəzlərində çoxsaylı təlimlər təşkil edilir, proqramlar keçirilir: “Əməkdaşların yeni ixtisaslara yiyələnməsi həm də rəqəmsal sənaye dövrünün çağırışları ilə aktuallıq qazanıb. Başlıca prioritet davamlı inkişafın təmin olunmasına verildiyi üçün biz, SOCAR-da kadr hazırlığı üzrə əsas səylərin məqsədyönlü şəkildə əməkdaşların ixtisasının artırılması və yenidən təhsili istiqamətlərinə yönəldilməsini vacib sayırıq”.

Son xəbərlər

Orphus sistemi