SOCAR-ın yeni vitse-prezidentləri kollektivə təqdim olunub

SOCAR-ın yeni vitse-prezidentləri kollektivə təqdim olunub Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamlarla şirkətin vitse-prezidentləri təyin olunmuş Kənan Təhməz oğlu Nəcəfovu və Zaur Aydın oğlu Qurbanovu kollektivə təqdim edib.
Energetika
12 Avqust , 2021 15:03
SOCAR-ın yeni vitse-prezidentləri kollektivə təqdim olunub

Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamlarla şirkətin vitse-prezidentləri təyin olunmuş Kənan Təhməz oğlu Nəcəfovu və Zaur Aydın oğlu Qurbanovu kollektivə təqdim edib.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, yeni vitse-prezidentlərin hər birinin əmək fəaliyyəti haqqında geniş məlumat verən R.Abdullayev onların Azərbaycan neft sənayesi ilə uzun müddət əlaqəli fəaliyyətdə olduqlarını söyləyib, qeyd edib ki, K.Nəcəfov BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə çalışıb, həmçinin Bakıda “Nobel Oil Ltd” şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifələrini icra edib və yaxşı təcrübə qazanıb.

Z.Qurbanovun bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqinin direktor müavini vəzifəsində çalışdığını bildirən SOCAR prezidenti onun daha öncə müxtəlif beynəlxalq şirkətlərdə və sonralar “Ernst & Young” beynəlxalq audit şirkətinin Azərbaycandakı nümayəndəliyində vergi direktoru kimi fəaliyyət göstərdiyini, 10 ilə yaxın bir dövrdə SOCAR-ın auditinin həyata keçirilməsində yaxından iştirak etdiyini vurğulayıb.

R.Abdullayev yeni təyin olunmuş vitse-prezidentləri təbrik edərək, onların qarşısında mühüm vəzifələr dayandığını qeyd edib və bu vəzifələrin icrasında onlara müvəffəqiyyətlər arzulayıb.

SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycan neft-qaz sənayesinin zəngin tarixindən, şanlı ənənələrindən və müstəqillik illərində qazandığı böyük uğurlardan danışıb, yeni təyin olunmuş vitse-prezidentlərə işlərində uğurlar arzulayıb, onlara bəslənən inam və etimadı öz işləri ilə doğruldacaqlarına əminliyini ifadə edib.

Daha sonra SOCAR-ın vitse-prezidentləri K.Nəcəfov və Z.Qurbanov layiq görüldükləri yüksək etimada görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildirib və göstərilən etimadı doğrultmaq üçün əzmlə çalışacaqlarını söyləyiblər.

Son xəbərlər

Orphus sistemi