SOCAR-ın vitse-prezidenti Parisdə beynəlxalq tədbirdə iştirak edəcək

SOCAR-ın vitse-prezidenti Parisdə beynəlxalq tədbirdə iştirak edəcək Bakı. 4 yanvar. REPORT.AZ/ Yanvarın 11-də Fransa Respublikasının paytaxtı Parisdə “Metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplər” mövzusunda tədbir keçiriləcək.
Energetika
4 Yanvar , 2019 18:56
SOCAR-ın vitse-prezidenti Parisdə beynəlxalq tədbirdə iştirak edəcək

Bakı. 4 yanvar. REPORT.AZ/ Yanvarın 11-də Fransa Respublikasının paytaxtı Parisdə “Metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplər” mövzusunda tədbir keçiriləcək. 

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir BP, "Eni", "Equinor", "ExxonMobil", Shell, "Total" və "Wintershall" şirkətlərinin təşəbbüsü ilə təşkil olunur.

Tədbirdə SOCAR-ı şirkətin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə təmsil edəcək.

Qeyd edək ki, qlobal istiləşmə və iqlim dəyişmələri bu gün bütün bəşəriyyəti narahat edən problemlərdəndir. Bu kimi məsələlərin həllində SOCAR beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. 

Son xəbərlər

Orphus sistemi