SOCAR-ın və dövlətin payına düşən 127 mln. barel neft satılıb

SOCAR-ın və dövlətin payına düşən 127 mln. barel neft satılıb Bakı. 8 dekabr. REPORT.AZ/ 2016-cı il ərzində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) və dövlətin payına düşən 127 375 467 barel xam neft satılıb.
Energetika
8 Dekabr , 2017 16:20
SOCAR-ın və dövlətin payına düşən 127 mln. barel neft satılıb

Bakı. 8 dekabr. REPORT.AZ/ 2016-cı il ərzində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) və dövlətin payına düşən 127 375 467 barel xam neft satılıb.

“Report” xəbər verir ki, bu, “Moore Stephens Azerbaijan” şirkəti tərəfindən audit olunmuş 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) Hesabatının yekun versiyasında qeyd olunub.

Hesabata əsasən, bu həcmdə xam neftin dəyəri 5,531 mlrd. ABŞ dolları təşkil edib.

SOCAR-ın və dövlətin payına düşən xam neftin son alıcılarının bir neçəsi aşağıdakı şirkətlərdir: CPC (miqdarı 19 923 856 barel, dəyəri 880,840 mln. dollar), “Exxon” (14 552 734 barel, 631,781 mln. dollar), “Totsa” (10 460 013 barel, dəyəri 421,102 mln. dollar), “Eni” (7 379 720 barel, 305,761 mln. dollar), “Petrogal” (5 862 489 barel, 246,573 mln. dollar), “Glencore” (5 285 836 barel, 239,131 mln. dollar), “Saras” (5 028 044 barel, 219,948 mln. dollar), BP (3 891 017 barel, 181,180 mln. dollar), OMV (2 025 716 barel, 86,184 mln. dollar), “Shell” (1 972 517 barel, 87,191 mln. dollar).

Son xəbərlər

Orphus sistemi