SOCAR-ın Türkiyədəki zavodu dizel yanacağı istehsalı 31 % artıb

Energetika
  • 01 may, 2023
  • 12:09
SOCAR-ın Türkiyədəki zavodu dizel yanacağı istehsalı 31 % artıb

Bu ilin fevral ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 528 min 242 ton dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2022-ci ilin fevral ayı ilə müqayisədə 62 min 242 ton və ya 13,3 % çoxdur.

Bu ilin yanvar-fevral aylarında SOCAR-ın STAR neft emalı zavodu (NEZ) 1 milyon 167 min 774 ton dizel yanacağı istehsal edib. Bu, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 274 min 459 ton və ya 30,7 % çoxdur.

Ümumilikdə, 2023-cü ilin fevral ayında Türkiyədə neft emalı zavodları tərədindən ümumilikdə 1 milyon 076 min 265 ton dizel yanacağı istehsal edilib ki, bu da 2022-ci ilin fevral ayı ilə müqayisədə 131 min 762 ton və ya 10,9 % azdır.

Ümumilikdə isə 2023-cü ilin yanvar-fevral aylarında Türkiyədə neft emalı zavodları tərədindən ümumilikdə 2 milyon 466 min 325 ton dizel yanacağı istehsal edilib ki, bu da 2022-ci ilin iki ayı ilə müqayisədə 6 min 236 ton və ya 0,25 % azdır.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti