SOCAR-ın Türkiyədəki törəməsi “Petkim” və STAR NEZ-in loqolarını yeniləyir

SOCAR-ın Türkiyədəki törəməsi “Petkim” və STAR NEZ-in loqolarını yeniləyir Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Türkiyə” əməliyyat və mədəni inteqrasiya prosesini tamamladıqdan sonra törəmə müəssisələrində loqoların yenidən nəzərdən keçirilməsini davam etdirir.
Energetika
8 Oktyabr , 2021 11:11
SOCAR-ın Türkiyədəki törəməsi “Petkim” və STAR NEZ-in loqolarını yeniləyir

Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Türkiyə” əməliyyat və mədəni inteqrasiya prosesini tamamladıqdan sonra törəmə müəssisələrində loqoların yenidən nəzərdən keçirilməsini davam etdirir.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, şirkətin fasiləsiz və etibarlı enerji istehsalının rəmzi olan alov təsviri “SOCAR Turkey”in aktivlərindən olan “Bursagaz” və “Kayserigaz”ın ardınca “Petkim” və STAR neft emalı zavodunun (NEZ) loqolarında da öz əksini tapıb. “SOCAR Turkey” “Tək SOCAR, Tək Alov” yanaşması ilə davam etdirdiyi bu prosesdə “Petkim” və STAR NEZ-in loqolarında da artıq SOCAR-ın alov təsvirli loqosundan istifadə edəcək.

"SOCAR Turkey"in Kommunikasiya və İctimaiyyətlə Əlaqələr bölməsinin rəhbəri Mikayıl Yusifov həyata keçirilən dəyişikliyi belə şərh edib: “SOCAR Turkey” olaraq emal, nef kimyası, təbii qaz, enerji təchizatı xidmətləri, logistika və telekommunikasiya sahələrində apardığımız investisiya prosesləri ilə hazırda Türkiyənin ən böyük sənaye holdinqiyik. Məhsuldar, davamlı və daha böyük rəqabət qabiliyyətinə malik bir istehsal üçün müxtəlif sahələrdə fəaliyyət göstərən qrupumuzun şirkətləri arasındakı inteqrasiyanı uğurla tamamladıq. “Tək SOCAR, Tək Alov” proyeksiyamız da yaratdığımız inteqrasiyalı strukturun korporativ əlaqələrdə ifadəsini müvəffəqiyyətlə əks etdirən bir yanaşma oldu. Marka yaradılması prosesində əsas yer tutan loqo dəyişiklikləri üzrə işlərimizin, bir şirkət olaraq malik olduğunuz güclü sinerjinin bütün törəmə müəssisələrimizdə vurğulanmasında SOCAR-ın fasiləsiz alov təsvirinə mühüm əhəmiyyət veririk. Bu güclü yenilənmə və birlik yeni loqoda da hiss edilməlidir. SOCAR-ın keyfiyyətli və innovativ xidmət anlayışını təmsil edən “SOCAR alovu” bundan sonra “Petkim” və STAR NEZ-də də parlayaraq korporativ dəyərlərimizi daha güclü ifadə edəcək".

Son xəbərlər

Orphus sistemi