SOCAR-ın Türkiyədəki törəməsi Kayseridə bir qəsəbəni qazlaşdırıb

SOCAR-ın Türkiyədəki törəməsi Kayseridə bir qəsəbəni qazlaşdırıb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji”nin sahib olduğu “Kayserigaz” Kayserinin Tomarza qəsəbəsinə qaz verilişini həyata keçirib və 36 min sakin qazla təmin edilib.
Energetika
21 Oktyabr , 2019 13:20
SOCAR-ın Türkiyədəki törəməsi Kayseridə bir qəsəbəni qazlaşdırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji”nin sahib olduğu “Kayserigaz” Kayserinin Tomarza qəsəbəsinə qaz verilişini həyata keçirib və 36 min sakin qazla təmin edilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da canlı bağlantı ilə qoşulub.

“Kayserigaz” qəsəbənin qazlaşdırılması layihəsinə 2018-ci ilin 14 aprelində başlayıb və 1,5 ilə tamamlanıb. Qazlaşdırmanın dəyəri 19,5 mln. Türkiyə lirəsi təşkil edir.

Mərasimdə “Kayserigaz”ın baş direktoru Dinçer Akbaba bildirib ki, layihə çərçivəsində 40 km polad, 120 km polietilen boru döşənib. Onun sözlərinə görə, “Kayserigaz”in 2018-ci ilin sonunda bölgəyə investisiyalarının həcmi 370 mln. lirə olub, bu il 51 mln. lirə investisiya ilə ümumi məbləğ 420 mln. lirədən çox olacaq.

Qeyd edək ki, iyunun 17-də Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisəsi “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un “SOCAR Turkey Enerji A.Ş.”yə satışı tamamlanıb. Bu şirkətlərin satınalma sənədləri bu ilin yanvar ayında imzalanıb.

“SOCAR Turkey Enerji A.Ş” Almaniyanın EWE şirkətindən satın aldığı şirkətlərin idarəçiliyi üçün “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ” şirkətini təsis edib.

Son xəbərlər

Orphus sistemi