SOCAR-ın Türkiyədəki təhcizatçı şirkəti qaz satışını 4 %-dən çox artırıb
- 10 avqust, 2022
- 08:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarəçiliyinə verilmiş və Türkiyənin Bursa şəhərinin 11 bölgəsinin təbii qaz təchizatını həyata keçirən “Bursagaz” şirkəti bu ilin ilk yarısında 773 milyon 891 min kubmetr təbii qaz satışını həyata keçirib.
“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 4,21 % çoxdur.
Bildirilir ki, bu ilin ilk yarısında SOCAR-ın yatırımının abonentlərinin sayı da artaraq 1,1 milyona çatıb. Təkcə mənzillərdə yaşayan abonentlərin istifadə etdikləri təbii qazın həcmi 586 milyon 419 min kubmetr təşkil edib. Bu da ötən ilin ilk yarısı ilə müqayisədə 10,3 % artım deməkdir.
Qeyd edək ki, 2018-ci ilin iyunun 17-də Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisəsi “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un “SOCAR Turkey Enerji A.Ş.”yə satışı tamamlanıb. Bu şirkətlərin satınalma sənədləri 2019-cu ilin yanvar ayında imzalanıb.
“SOCAR Turkey Enerji A.Ş” Almaniyanın EWE şirkətindən satın aldığı şirkətlərin idarəçiliyi üçün “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ” şirkətini təsis edib.