SOCAR-ın Türkiyədəki fəaliyyətinin genişləndirilməsi müzakirə edilib

SOCAR-ın Türkiyədəki fəaliyyətinin genişləndirilməsi müzakirə edilib ​​​​​​​Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşüb
Energetika
22 Dekabr , 2022 11:58
SOCAR-ın Türkiyədəki fəaliyyətinin genişləndirilməsi müzakirə edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində bu ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzlə görüşdə şirkətin Türkiyədəki fəaliyyətinin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğruran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə “Report”a SOCAR-dan bildirilib.

Məlumata görə, görüşdə ölkələrimiz arasındakı qarşılıqlı dostluq və qardaşlıq münasibətlərindən, yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib, Türkiyə və Azərbaycan arasında bütün sahələrdə, o cümlədən energetika sahəsində faydalı əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

R.Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti paytaxt Ankarada Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb. Daha sonra “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib. İclasda cari ilin yekunlarına dair müzakirələr aparılıb, 2023-cü il üçün planlar müəyyənləşdirilib,

Azərbaycan qazını Türkiyə və Avropaya nəql edən, Cənub Qaz Dəhlizinin önəmli seqmentlərindən biri - Trans-Anadolu qaz boru kəmərinin (TANAP) İdarə Heyətinin iclasında isə kəmərin cari ildəki fəaliyyəti haqqında təqdimatlar edilib, gələcək hədəflər və bu istiqamətdə görüləcək işlər müzakirə olunub.

SOCAR-ın nümayəndə heyəti, həmçinin Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Melih Han Bilginlə də görüşüb. Görüşdə SOCAR və TPAO arasında səmərəli əməkdaşlıqdan bəhs edilib, mövcud və potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi