2021-ci il yanvarın 1-i tarixinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2 % artaraq 101 milyard 449 milyon ton neft ekvivalentində təşkil edib.
“Report”un məlumatına görə, bu barədə SOCAR-ın 2020-ci il üzrə "Davamlı İnkişaf Hesabatı"nda bildirilib.
Hesabat dövründə SOCAR-ın istehsala daxil edilən qaz ehtiyatları 46 milyard 892 milyon ton neft ekvivalentində (illik müqayisədə 8,5 % az), istehsala daxil edilməyən qaz ehtiyyatları 3 milyard 509 milyon ton neft ekvivalentində (13,4 % az), işlənmiş qaz ehtiyyatları 50 milyard 401 milyon ton neft ekvivalentində (8,9 % az), işlənməmiş qaz ehtiyyatları isə 51 milyard 049 milyon ton neft ekvivalentində (15,6 % çox) təşkil edib.
Qeyd edək ki, SOCAR-ın təsdiq edilmiş neft və qaz ehtiyatları “DeGolyer & MacNaugthon” şirkətinin 2020-ci ildə apardığı tədqiqat və qiymətləndirmə hesabatına istinadən verilib.