​SOCAR-ın Təlim, Tədris Mərkəzinə şagird qəbulu üzrə test imtahanlarına başlanılıb

​SOCAR-ın Təlim, Tədris Mərkəzinə şagird qəbulu üzrə test imtahanlarına başlanılıb Test imtahanları iyulun 20-də başa çatacaq
Energetika
19 İyul , 2016 16:12
​SOCAR-ın Təlim, Tədris Mərkəzinə şagird qəbulu üzrə test imtahanlarına başlanılıb

Bakı. 19 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) şagird qəbulu üzrə müsabiqənin 3-cü turu çərçivəsində test imtahanlarına start verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, STTM-ə aparatçı və nasos qurğusu maşinisti ixtisasları üzrə şagird qəbulu müsabiqəsi iyunun 22-də başlanılıb, müraciət etmiş 554 iddiaçıdan 466 nəfəri müsabiqənin ikinci mərhələsinə buraxılıb, onlardan 315 nəfəri isə test imtahanında iştirak etmək hüququ qazanıb. Müsabiqə nəticəsində mərkəzdə təhsil almaq hüququ əldə edəcək namizədlərin 1 il ərzində müvafiq peşə üzrə nəzəri və praktiki biliklərə yiyələnməsi planlaşdırılır. 2016-2017-ci tədris ili üçün STTM-ə 25 nəfərin qəbul edilməsi nəzərdə tutulub. Test imtahanları iyulun 20-də başa çatacaq.                              

Son xəbərlər

Orphus sistemi