Yuxarı
    Bağlamaq

    SOCAR-ın Təlim Mərkəzinə sənəd qəbulu başlayıb

    Müraciətlər iyunun 5-dək qəbul ediləcək

    Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təlim mərkəzlərinə şagird qəbulu üzrə Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə və Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinə sənəd qəbulu başlayıb.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, sənəd qəbulu 2017-2018-ci tədris ili üçün aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik qaz qaynaqçısı, kompressor qurğularının maşinisti, nasos qurğularının maşinisti, nəzarət ölçü cihazları və avtomatika, qazla kəsən, I-II dərəcə iş qrupu üzrə IV dərəcəli dalğıc peşələri üzrə elan edilib.

    Müsabiqədə yaşı 29-dan yuxarı olmayan, Sumqayıt şəhərində və Abşeron rayonunda qeydiyyatda olan Azərbaycan vətəndaşları və həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri, eləcə də hərbi mükəlləfiyyətli (oğlanlar üçün), minimum tam orta təhsilli gənclər iştirak edə bilərlər. Sənəd qəbulu elektron formada həyata keçirilir. Müraciət etmək istəyən şəxslər www.socar.az saytının ''Karyera'' bölməsinin “Təlim Mərkəzinə sənəd qəbulu” alt-bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciətlər iyunun 5-dək qəbul ediləcək. 

    Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar tis@socar.az elektron poçt ünvanına yazılı müraciət göndərə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi